Şəfəqə Doğru » Manşet » “Dollar paylayan qız” Kəlbəcərin icra başçısının övladıdır?

“Dollar paylayan qız” Kəlbəcərin icra başçısının övladıdır?

“Dollar paylayan qız” Kəlbəcərin icra başçısının övladıdır?
Amerika Birləşmiş Ştatlarında (Vaşinqton) yaşayan Azərbaycanın icra başçılarından birinin qızı öz dostlarını verdiyi qonaqlıqla heyrətləndirə bilib. Təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara "Dollar qonaqlığı” verib. Onun təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əskinaslar düzülüb. Bu, həm də Azərbaycanda devalvasiya dövrünə təsadüf edir. *** Bu gün modern.az saytının yaydığı xəbərdən bəlli olur ki, Azərbaycanın icra başçılarından birinin ABŞ-da (Vaşinqton) yaşayan qızı öz dostlarını verdiyi qonaqlıqla heyrətləndirə bilib.Təxminən bir ay öncə yaxın çevrəsini ətrafına toplayan bu xanım onlara "Dollar qonaqlığı” verib. Onun təşkil etdiyi məclisə təşrif buyuranların hər birinin boşqabına 100 dollarlıq əskinaslar düzülüb. NUH.az-a daxil olan məlumata görə, həmin qız Kəlbəcərin icra başçısı Aqil Məmmədovun övladıdır. Məlumatı dəqiqləşdirmək üçün Kəlbəcər rayon icra hakimiyyəti ilə telefon əlaqəsi ( 022-267-50-08 ) saxlamaq cəhdimiz nəticəsiz qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.