ABŞ Prezidenti Donald Tramp növbəti həftə Ağ Evdə iftar mərasimi təşkil edəcək.
Shafaqadogru.com axar.az-a istinadən xəbər verir ki, iftara dəvət ediləcək qonaqların siyahısı hələ ki, bəlli deyil.
Ağ Ev rəhbəri ötən il də, bənzər iftar mərasimi təşkil etmişdi.
Qeyd edək ki, müsəlman ictimaiyyəti səfirliyi Qüdsə köçürən, Suriyada dinc sakinlərin öldürülməsində əli olan Trampın bu addımını ikiüzlülük kimi dəyərləndirib.