Şəfəqə Doğru » Manşet » Paşinyanın böyük qorxusu: Əgər istefaya getsə... - TƏHLİL

Paşinyanın böyük qorxusu: Əgər istefaya getsə... - TƏHLİL

Paşinyanın böyük qorxusu: Əgər istefaya getsə... - TƏHLİL
Paşinyan iqtidarda olsa da, onun hakimiyyəti hələ legitimləşməyib. Bunun üçün Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi labüddür.

Bu sözləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Ermənistan parlamentində çoxluq hələ də eks-prezident Serj Sərkisyanın partiyasına məxsusdur:

"Paşinyanın partiyası Ermənistan parlamentində cəmi yeddi deputatla təmsil olunur. Nikol parlamentdə çoxluq qazanıb, yeni hökumət formalaşdırmalıdır. Ancaq Paşinyan qorxur ki, o, istefaya getsə, parlament yenidən özünü buraxma ilə bağlı qərar verməyə bilər. Yəni parlament çoxluğuna malik olan Sərkisyanın partiyası seçkilərə getməkdən imtina edib, yeni bir baş nazir seçməklə Paşinyanın küçədən hakimiyyətə gəlməsinin sonunu gətirə bilər. Ona görə də Paşinyan hökumətin erkən seçkinin sonuna qədər hakimiyyətdə qalmasını istəyir. Hələlik bununla bağlı konstitusiyaya dəyişiklik edilib-edilməyəcəyi şübhə altındadır”.

Ekspert qeyd edib ki, Ermənistanda hökm sürən bu qeyri-müəyyənlik uzun müddət davam edə bilməz, ona görə də növbədənkənar parlament seçkiləri keçiriləcək:

"Paşinyan və tərəfdarları qalib gəlsə, Qarabağ klanının 20 illik hakimiyyətinin sonu gələcək. İş orasındadır ki, Köçəryan və Sərkisyan Ermənistanı uzun illər birgə idarə ediblər, dövlət və hökumət strukturlarında onlara sadiq qalan insanlar revanş götürmək istəyirlər. Əgər Ermənistanda şəffaf seçki seçkilər keçirilsə, Sərkisyan və Köçəryanın birgə komandası əhalinin səsini qazana bilməyəcək. Hər halda bu, Paşinyanın iddiasıdır və sual altındadır”.

 0