Shafaqadogru.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, jurnalist göndərdiyi mesajlarda vəliəhdi sərt şəkildə tənqid edib, həmçinin Səudiyyə hökumətinə qarşı gənclər üçün online-hərəkat yaratmağı planlaşdırdığı məlum olub.
Elə bu faktorun onun ölüm fərmanı üçün ciddi əsas olacağı istisna edilmir.
2017-ci ilin oktyabrından Kaşıkçı ilə ünsiyyətdə olan Əbdüləziz onunla yazışmaları, audio, foto və videolarının olduğu 400-dən çox "WhatsApp” mesajını CNN telekanalı ilə paylaşıb.
Aktivist Əbdüləziz avqustda yazışmalarının təqib edildiyindən şübhələndiyini və bundan 2 ay sonra Kaşıkçının öldürüldüyünü etiraf edib.
Mesajlarda jurnalistin Səudiyyədəki situasiyadan narahatlığı ifadə olunub, eyni zamanda şahzadəni "heyvan” və "pokemon” adlandırıb: "Nə qədər çox qurban yeyirsə, bir o qədər də istəyir. Bu zülm ona dəstək olan insanlara qədər gedib çatarsa təəccüblənmərəm”.