İlbəil orta məktəbin rus bölməsinə daxil olan uşaqların sayı artır. Bu şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik.
Trend-in məlumatına görə, bunu deputat Gövhər Baxşəliyeva Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, söhbət burada rus dilinə qarşı çıxamqdan getmir: "Biz tolerant xalqıq, rus dili böyük bir mədəniyyətin daşıyıcısıdır. Düşünürəm ki, uşağın ilk özünüdərki, milli şüuru ibtidai məktəbdə formalaşır. Bu baxımdan son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini ana dilində alsınlar”.