"Bəzi qüvvələr sosial şəbəkələrdən fəal istifadə etməklə Azərbaycanı geriyə aparmağa və İslami dəyərlərin hakim olduğu İslam dövlətinə çevirməyə çalışırlar. Odur ki, problemimiz radikal dini cərayanlarla bağlıdır”.
Shafaqadogru.com "Report” a isdinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov "Dini qurumlar və sosial media” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, ölkədə sabitliyin pozulması üçün əsas təhlükə radikal dini cərəyanlardan və ideologiyalardan gəlir: "Bu sahədə daha ciddi problemlər yaranır. Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələr tərəfindən müsbət qarşılanmır. Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma işi ilə məşuldur. Bundan da Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır”.
Ə.Amaşov qeyd edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da ictimai fikir internet üzərindən yayımlanan mətbuat orqanları, əsasən də sosial şəbəkələr vasitəsilə yayılır.
Şura sədri bildirib ki, hazırda Azərbaycan "Mətbuat Şurası haqqında” qanun layihəsi üzərində işlənir və qanunda vətındaşların şərəf və ləyaqətlərinin alçaldılmaması məsələsi diqətdə saxlanılır: "Dini radikal cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır, bu birmənalı qaydadır”.