Şəfəqə Doğru » Manşet » “Lazım gəlsə, şalvarımı da çıxararam” – Canlı efirdə ayaqqabısını çıxaran Hafiz Hacıyev (VİDEO)

“Lazım gəlsə, şalvarımı da çıxararam” – Canlı efirdə ayaqqabısını çıxaran Hafiz Hacıyev (VİDEO)

“Lazım gəlsə, şalvarımı da çıxararam” – Canlı efirdə ayaqqabısını çıxaran Hafiz Hacıyev (VİDEO)

Xəbər verdiyimiz kimi, ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Yeni Müsavat” qəzetinin "Facebook” səhifəsindəki canlı yayımda maddi durumunun aşağı vəziyyətdə olduğunu bildirib. Partiya sədri canlı yayımda ayaqqabısını çıxardaraq ona müxalif mətbuatı maliyyələşdirdiyi ilə bağlı sual verən tamaşaçıya göstərib və bu sözləri deyib:

"Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır”.

 

 

Onun bu hərəkəti əksəriyyət tərəfindən birmənalı qarşılanmayıb. H.Hacıyev BiG.AZ-a açıqlama verərək bu hərəkətindən heç də peşman olmadığını dilə gətirib:

"Dünən canlı yayımda öz sözümü demişəm. Kim nə deyir, qoy desin. Çıxışım birmənalı qarşılanmayıb? Lap yaxşı. Mən də istəyirəm ki, çoxmənalı qarşılansın. Canlı yayımda ayaqqabımı çıxarmışam. Bundan peşman da deyiləm. Belə düşünürəm, belə də edirəm. Heç kimə hesabat verəsi deyiləm. Məni qınayanlar səhv edir. Yaxşı edirəm ayaqqabımı çıxarıram. Sabah lazım olsa şalvarımı da çıxardacağam. Onun kiməsə nə aidiyyatı var?”.

Maddi vəziyyətinin aşağı olmasından gileylənən Hafiz Hacıyev aylıq gəliri barədə də məlumat verib:

"Rüşvətxor, korrupsioner deyilik, malliyyə vəziyyətimiz gərgindir. Gəlir var ki, açıqlama da verək? Özümüz özümüzü zorla dolandırırıq”.