Bu günlərdə redaksiyamıza Ağstafa rayon sakinlərindən intensif olaraq,”Uşaq baxcası və Körpələr "evlərində "vəziyyətin çox pis olduğu barədə şikayətlər daxil olur.Xüsusilə də, rayonun kəndlərindən. Şikayətlər əsassinda redaksiyamız tərəfindən aparılan araşdırmalar nəticəsində aydın oldu ki,bəzi kəndlərdə məsələn ,Köçəsgər,Qırlı ,Saloglu ,Poylu ,Aşağı və Yuxarı Göycəli kəndlərində və eləcə də, digər kəndlərdə "Uşaq baxcaları və Körpələr evləri çox bərbad durumdadır.Təmirsiz və divarları çat-çat ,qəza vəziyətində olan, binaların görünüşü içərisindəki şəraitin olmaması ,uşaqların yataqlarının belədə sənədlə çox göstərilib faktla az olan ,uşağın sayından az olması ,soyuducunun olmaması ,olan bəzi körpələr evindəki soyuducunun içində də ,ərzağın olmaması ,mətbəxlərin yox dərəcəsində olması ,olan mətbəxin də bərbad halda olmas,ı insanda acı bir təssürat yaradır.Sanki bu görünənlər bizim inkişaf etmiş Azərbaycan ölkəsindən kənarda qalıb və gözdən uzaq ,könüldən iraq bir yerdədir .
Hətta rayon mərkəzində "Uşaq baxcaları və Körpələr evlərindəki vəziyyət də,heç ürək açan deyil.
Biz apardığımız araşdırmalarımızın nəticəsi olaraq,görüb bildiklərimizi yazdıq.
Yəqin ki, Ağstafa rayon rəhbərliyi də öz yoxlamalarını aparıb bir tədbir görəcək .
Qarşı tərəfi də dinləyib fikirlərini dərc etməyə hazırıq.
Mövzuya qayıdacayıq.
Neymət Novruzlu.