Əhməd Qəşəmoğlu: "Onda bu yaxşı bir hal sayılmır, çünki yerli əhali azalanda miqrantlar gəlir, etnik tərkib dəyişir və arzuolunmayan hallar baş verir”
"Buna ona görə ehtiyac var ki, Azərbaycanda demokrafik göstəriciləri nəzərə alsaq, gərək hər ailədə üç uşaq olsun. Mən bunu otuz ildir deyirəm, amma təəssüf ki, dediyimi eşidən yoxdur. Hardasa bunu deputat və ya müğənni desə, onu dərhal eşidərlər”
Bunu Moderator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu "uşaqpulu”nun bərpası haqda danışarkən deyib. Sosioloq bildirib ki, əgər hamıya mümkün deyilsə, onda imkansız ailələrə "uşaqpulu” vermək olar:
"Çox təəssüf ki, bu məsələyə bir az mexakini yanaşılır. Əslində isə "uşaqpulu”nun verilməsi ciddi məsələdir və hesab edirəm ki, "uşaqpulu” verilməlidir. Amma bunun ciddi bir əsaslandırması olmalıdır ki, "uşaqpulu” necə verilməlidir. Hiss olunur ki, büdcədə bu imkan yoxdur və əgər bu imkan olsa, "uşaqpulu”nu verərlər. Əgər büdcədə bu imkan yoxdursa, məsələləri elmi təhlillə aparmaq lazımdır. Əgər hamıya mümkün deyilsə, onda imkansız ailələrə bunu vermək olar. Buna ona görə ehtiyac var ki, Azərbaycanda demokrafik göstəriciləri nəzərə alsaq, gərək hər ailədə üç uşaq olsun. Mən bunu otuz ildir deyirəm, amma təəssüf ki, dediyimi eşidən yoxdur. Hardasa bunu deputat və ya müğənni desə, onu dərhal eşidərlər. Ailədə ona görə üç uşaq olmalıdır ki, insanların hamısı ailə qura bilmir, bəziləri sonsuzdur və ailələrdə bir və ya iki uşaq olsa, ölkədə əhali artımı mənfi indekslə davam edəcək, yəni ölkəni yerli əhalisinin sayı azalacaq. Onda bu yaxşı bir hal sayılmır, çünki yerli əhali azalanda miqrantlar gəlir, etnik tərkib dəyişir və arzuolunmayan hallar baş verir. Belə olanda vergi ödəyiciləri də azalır və insanların pensiyasını da vermək mümkün olmur.
Evdə bir uşaq olanda o, eqoist böyüyür, iki uşaq olanda evdə konfilikt olur, üç uşaq olanda isə uşaq mühiti yaranır. Ailələrdə üç uşaq olması Azərbaycanın gələcəyi üçün strateji bir məsələdir. Ona görə də dövlətin də qarşısında duran vəzifələrdən biri odur ki, elə bir şərait yaratmalıdır ki, insanların üç uşağı keyfiyyətli böyütmək imkanı olsun. Çalışmaq lazımdır ki, "uşaqpulu” verilsin. Ailələrdə böyüyən uşaqlar bu dövlətin vətəndaşıdır, çünki o, uşaq sabahın əsgəri, alimidi, bu ölkə üçün çalışacaq. Ailə sadəcə uşağı yetişdirib, cəmiyyət üçün hazırlayır. Dövlətin "uşaqpulu” verməyə imkanı yoxdursa, yerdə qalan imkansız ailələri də buna "qurban” vermək olmaz”.
Qeyd edək ki, Milli Məclisdə 2020-ci il bedcəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa, Fəzail Ağamalı və Vahid Əhmədov "uşaqpulu”nun bərpasını təklif ediblər.
Vasif Əlihüseyn