Şəfəqə Doğru » Manşet » İran hərbi gəmisi vurulub-ölənlər var

İran hərbi gəmisi vurulub-ölənlər var

İran hərbi  gəmisi  vurulub-ölənlər  var

İran Hərbi Dəniz Qüvvələrinin "Jamaran” freqatı səhvən hərbi təlimdə iştirak edən digər gəmini raketlə vurub.

Bu barədə "Tasnim” informasiya agentliyinin siyasi şöbəsinin direktoru Mehdi Bəxtiyari Tvitter səhifəsində məlumat verib. Onun sözlərinə görə, faciə Oman körfəzində baş verib və atəş "Konarak” köməkçi gəmisinə açılıb.

Nəticədə 2 nəfər ölüb, onlarla insan yaralanıb. "Konarak” isə insident nəticəsində batıb.

 

İran mediası isə ölənlərin sayının 40 hərbçi olduğunu iddia edir.

İran ordusu məlumata rəsmi münasibət bildirməyib.

***

İran ordusunun mətbuat xidməti baş vermiş insidentlə bağlı açıqlama yayıb. Qeyd edilib ki, Cask liman bölgəsində hərbi dəniz qüvvələrinin bir neçə gəmisinin manevri zamanı Oman körfəzində "Konarak” dəstək gəmisi ilə insident yaşanıb. Bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Açıqlamada təlimlərin hansı ölkənin gəmiləri tərəfindən aparıldığı qeyd edilməyib.

***

"RİA Novosti"nin məlumatına görə, İran ordusunun mətbuat xidməti daha bir açıqlama yayaraq insident zamanı azı 19 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildirib. Gəminin vurulduğu raket barədə isə bu dəfə də məlumat verilməyib. 

Nicat  Novruzov