Şəfəqə Doğru » Manşet » Azərbaycanın Müdafiə Nazirliyindən Ermənistana növbəti XƏBƏRDARLIQ

Azərbaycanın Müdafiə Nazirliyindən Ermənistana növbəti XƏBƏRDARLIQ

Azərbaycanın Müdafiə Nazirliyindən Ermənistana növbəti XƏBƏRDARLIQ
 
 
Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.
Bu barədə Shafaqadogru.com  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qarşı tərəfin cəhdləri cavab tədbirləri nəticəsində düşmən susdurulub. 
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.