Rusiyanın mümkün nüvə hücumu nəticəsində ABŞ-ın gözlənilən itkiləri açıqlanıb.
Shafaqadogru.com xəbər verir ki, ABŞ-ın Corctaun Universitetinin professoru Metyu Kroeniq "Amerika strategiyasının məntiqi" kitabında bu barədə yazıb.
Professorun araşdırmasına görə, Rusiya tərəfinin nüvə zərbəsi nəticəsində ABŞ-da 131 şəhər məhv ediləcək. Həmçinin 70 milyon insan məhv olacaq. Bununla yanaşı, mütəxəssis Rusiya tərəfinin də ABŞ-dan müvafiq cavab alacağını yazıb.
ABŞ-ın Rusiyaya cavab zərbəsindən sonra bu ölkəyə ikinci zərbə vurulacaq ki, bu zaman da itki 28 milyon nəfər olacaq. Daha 12 şəhər yer üzündən silinəcək. Kroeniqin fikrincə, birinci mərhələdə ölü sayı hətta 82 milyon nəfərə çata bilər.