Türkiyəyə qarşı yürüdülən bu mədəni və iqtisadi müharibədə müsəlman xalqlar və səmimi dostlarımız fədakarlıq nümayiş etdirməlidir.
Shafaqadogru.com xəbər verir ki, bu sözləri tunisli məşhur mütəfəkkir Əbu Yarub əl-Mərzuki deyib.
Şəxsi internet saytında yayımladığı məqalədə Mərzuki Türkiyə ilə müttəfiq olan Qətər başda olmaqla ərəb dünyasının səfərbərliyə ehtiyac olmadan Türkiyəyə qarşılıqsız kömək göstərməsini istəyib.
İslam dünyasındakı qurum, şirkət, təşkilat, fond, nüfuzlu şəxslər və alimlərə səslənərək dollarla türk lirəsi almaları barədə çağırış edib. Mərzuki xaricdə türk lirəsi alışının Türkiyə iqtisadiyyatına vurulmaq istəyən zərbənin qarşısının alınması anlamına gəldiyinə diqqət çəkib.
"Allah qorusun - düşmənlərin Türkiyəyə qarşı müvəffəq olmaları, xilafətin süqutu fəlakətindən daha böyük bir problem olacaqdır. Bax bu istək İran, İsrail və ərəb rejimlərinin bir xəyalıdır”, - Mərzuki bildirib.
Nüfuzlu mütəfəkkir müsəlmanlardan istirahətlərini də başqa ölkələrdə deyil, məhz Türkiyədə etmələrini istəyib və bununla Türkiyə iqtisadiyyatına yardım ediləcəyini qeyd edib.